...

"Qarabağ"ın Avropa Liqasında oyun təqvimi açıqlanıb

İdman Materials 27 Avqust 2022 12:11 (UTC +04:00)
"Qarabağ"ın Avropa Liqasında oyun təqvimi açıqlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın oyunlarının təqvimi məlum olub.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi ilk görüşünü sentyabrın 8-də Almaniyada "Frayburq"la keçirəcək.

İkinci turda sentyabrın 15-də komanda Bakıda "Nant"ı qəbul edəcək. Üçüncü və dördüncü turlarda "Qarabağ" "Olimpiakos"la üz-üzə gələcək. Komandalar oktyabrın 6-da Yunanıstanda, oktyabrın 13-də Bakıda qarşılaşacaq.

Oktyabrın 27-də "Qarabağ" Fransada "Nant"la qarşılaşacaq və sonuncu turda, noyabrın 3-də Bakıda "Frayburq"u qəbul edəcək.

Qarabağın səfər matçları Bakı vaxtı ilə 23:00-da, ev oyunları 20:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti