...

İki boksçumuz Avropa birinciliyində dörddəbir finala vəsiqə qazanıb

İdman Materials 28 Sentyabr 2022 22:47 (UTC +04:00)
İki boksçumuz Avropa birinciliyində dörddəbir finala vəsiqə qazanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından Trend-ə bildiriblər ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Komandamızın heyətində Aynur Mikayılova (50 kq) 1/8 final mərhələsi çərçivəsində Byanka Balintlə (Almaniya) üz-üzə gəlib. boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edib. O, növbəti döyüşündə Lamprini Giannakopoulou (Yunanıstan) ilə gücünü yoxlayacaq. Görüş sentyabrın 30-da olacaq.

Faiq Mollayev (46 kq) də Avropa birinciliyində debütünü qələbə ilə başa vurub. İqor Uşinyakla (Polşa) qarşılaşan həmyerlimiz rəqibini məğlub etməyə cəmi 1 dəqiqə 50 saniyə vaxt sərf edib. İlk raundda tam üstünlüklə qalib gələn Mollayev 1/4 finala yüksəlib. O, növbəti döyüşünü oktyabrın 1-də ingiltərəli Tomas Vari Cona qarşı keçirəcək.

Qeyd edək ki, Avropa birinciliyində sabah daha 5 boksçumuz mübarizəyə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti