...

Şəhriyar Məmmədyarov Maqnus Karlseni məğlub edib

İdman Materials 14 Oktyabr 2022 22:54 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsinə qələbə ilə başlayıb.

Trend xəbər verir ki, “Aimchess Rapid” adlanan mərhələ yarışının birinci turunda şahmatçımız hazırkı dünya çempionu norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb, ikinci turda isə polşalı Yan Kşiştov Dudaya məğlub olub.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti