...

Ronaldo karyerası ərzində birlikdə oynadığı ən yaxşı futbolçunu açıqlayıb

İdman Materials 16 Oktyabr 2022 08:28 (UTC +04:00)
Ronaldo karyerası ərzində birlikdə oynadığı ən yaxşı futbolçunu açıqlayıb

Bakı. Trend:

Futbol üzrə Braziliya millisinin əfsanəvi oyunçusu Ronaldo karyeras ərzində birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü "DAZN" portalı məlumat yayıb.

"Zinəddin Zidan əla dostdur, eyni zamanda o, həm də bütün karyeramda birlikdə oynadığım ən yaxşı oyunçu idi", - deyə Ronaldo bildirib.

Qeyd edək ki, Ronaldo Braziliya millisi ilə 1994 və 2002-ci illərdə ikiqat dünya çempionu olub. O, həm də Amerika Kubokunun ikiqat qalibi, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır. Əfsanəvi hücumçu "Real Madrid", "Barselona", ​​"Milan" və "İnter", "PSV" və Korintians klublarında oynaması ilə tanınır. Braziliyalı hazırda "Real Valyadolid"in prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti