...

Şahmat üzrə dünya çempionatında qadın şahmatçımız liderliyini davam etdirir

İdman Materials 17 Oktyabr 2022 00:33 (UTC +04:00)
Şahmat üzrə dünya çempionatında qadın şahmatçımız liderliyini davam etdirir

Bakı. Trend:

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında altıncı turun oyunları keçirilib.

Trend xəbər verir ki, turnirdə liderlik edən qadın şahmatçımız Gövhər Beydullayeva növbəti qələbəsini qazanaraq aktivinə 1 xal da əlavə edib. Qadınların yarışında mübarizə aparan komandamızın daha bir üzvü - Ləman Hacıyeva da turu qələbə ilə başa vurub. Kişilər arasında isə Məhəmməd Muradlı növbəti turda qələbə qazanıb, Abdulla Qədimbəylinin oyunu heç-heçə ilə başa çatıb.

Ötən turların nəticəsinə görə, G.Beydullayeva 5,5 xalla birinci yerdədir. A.Qədimbəyli 4,5 xalla 5-ci, L.Hacıyeva 4 xalla 18-ci, M.Muradlı 3 xalla 67-ci pillədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti