...

Son saniyəyə qədərə mübarizə aparan aslanlarımıza eşq olsun! - Şahmar Mövsümov

İdman Materials 4 Noyabr 2022 01:02 (UTC +04:00)
Son saniyəyə qədərə mübarizə aparan aslanlarımıza eşq olsun! - Şahmar Mövsümov

Bakı. Trend:

Halal olsun Qarabağ Futbol Klubu!!! Son saniyəyə qədərə mübarizə aparan aslanlarımıza eşq olsun!.

Trend-in məlumatına görə, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün rəsmi tviter səhifəsində bildirib.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın “Frayburq” klubunu qəbul edib və matç 1:1 hesabı ilə başa çatıb. UEFA Avropa Liqası ilə vidalaşan “Qarabağ” klubu mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti