...

Azərbaycan pilotları “King of Drift”də qaliblər kürsüsündə yer aldı (FOTO)

İdman Materials 14 Noyabr 2022 10:58 (UTC +04:00)
Azərbaycan pilotları “King of Drift”də qaliblər kürsüsündə yer aldı (FOTO)

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “King of Drift” yarışında Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə təmsil olunan pilotlarımız 3 yer əldə ediblər.

Trend-in məlumatına görə, 5 mərhələdən ibarət yarışda Azərbaycan, Gürcüstan və Ermənistandan ümumilikdə 47 pilot yarışıb.

Yarışın ötən gün keçirilən 5-ci final mərhələsinə isə Azərbaycan və Gürcüstan pilotları çıxıb.

Azərbaycan pilotları 2, 3 və 4-cü yerləri əldə edərək yarışmanı tamamlayıblar. Beləliklə, yarışın ilk 3-lüyü:

1-ci yer - Mevlud Meladze

2-ci yer - Niyaz Bədiyev

3-cü yer - Fərid Quliyev

Qeyd edək ki, Azərbaycan Avtomobil Federasiyası müxtəlif növ avtomobil yarışları təşkil etməklə yanaşı, eyni zamanda peşəkar pilotlara təlimlərin təşkili və təbliğinə, həmçinin onların beynəlxalq yarışlara iştirakına dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti