...

DÇ-2022: Portuqaliya və Koreya Respublikası yığmaları pley-off mərhələsinə vəsiqə qazanıb (VİDEO)

İdman Materials 2 Dekabr 2022 21:32 (UTC +04:00)
DÇ-2022: Portuqaliya və Koreya Respublikası yığmaları pley-off mərhələsinə vəsiqə qazanıb (VİDEO)

Bakı. Trend:

Futbol üzrə Portuqaliya və Koreya Respublikası milli komandaları Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

Trend-in məlumatına görə, turnirin H qrupunun üçüncü turu çərçivəsində Portuqaliya və Koreya Respublikası yığmaları üz-üzə gəliblər. “Edukeyşn Siti” stadionunda təşkil olunan matç koreyalı futbolçuların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Koreya Respublikası seçməsinin heyətində 27-ci dəqiqədə Kim Yunq Qvon, 91-ci dəqiqədə Xvan Xi Çxan, rəqib komandadan isə 5-ci dəqiqədə Rikardo Orta fərqləniblər.

Qrupun digər matçında Qana və Uruqvay yığmaları qarşılaşıblar. “Əl Canub” stadionunda oynanılan matçda Uruqvay seçməsi iki cavabsız qolla qalib gəlib – 2:0. Yığmanın heyətində Corcian de Arraskaeta dubl edib. Qollar matçın 26-cı və 32-ci dəqiqələrində vurulub.

Portuqaliya 6 xalla qrup lideri kimi mərhələ adlayıb. Hesabında 4 xal olan Koreya Respublikası millisi əlavə göstəricilərə görə pley-offa yüksəlib. Uruqvay yığması 4 xalla üçüncü, Qana millisi isə 3 xalla dördüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti