...

Şəkidə keçirilən birgə yarışların iştirakçıları yaxşı nəticələr göstərirlər - Azərbaycan Gimnastika Federasiyasının meneceri

İdman Materials 9 Dekabr 2022 22:06 (UTC +04:00)
Şəkidə keçirilən birgə yarışların iştirakçıları yaxşı nəticələr göstərirlər - Azərbaycan Gimnastika Federasiyasının meneceri

Trend-i buradan izləyin

Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Şəki. Trend:

Şəkidə altı gimnastika növü üzrə keçirilən birgə yarışların iştirakçıları yaxşı nəticələr nümayiş etdirirlər.

Bunu cümə günü Trend-ə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının regionlar üzrə meneceri Surxay Qarayev deyib.

"Yarışlarda həm Bakıdan, həm də ölkənin regionlarından gimnastlar iştirak edir. Nəticələr yaxşıdır, idmançılar gözəl çıxışlar göstərirlər. Şəkidəki Olimpiya İdman Kompleksindəki şərait belə yarışların burada keçirilməsinə imkan verir. Bizim regionlarda gimnastikanın inkişafı ilə bağlı planımız var və hər il ölkəmizin müxtəlif bölgələrində gimnastika növləri üzrə vahid yarışlar kimi tədbirlər keçirməyi planlaşdırırıq", - deyə S.Qarayev bildirib.

Qeyd edək ki, dekabrın 8-11-də Şəki Olimpiya İdman Kompleksində gimnastikanın altı növü üzrə birgə yarışlar keçirilir. Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.

Yarış proqramına kişilər arasında bədii gimnastika və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası, batut üzərində tullanma və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti