...

Messi "İlin idman ulduzu" seçilib

İdman Materials 20 Dekabr 2022 08:42 (UTC +04:00)

Bakı. Trend:

PSJ klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi "BBC" telekanalının təqdim etdiyi "İlin idman ulduzu" mükafatına layiq görülüb.

Trend xəbər verir ki, bu mükafat "il ərzində dünya səhnəsində ən diqqətəlayiq idman uğuru əldə etmiş" idmançıya verilir.

35 yaşlı argentinalı karyerasında ilk dəfə bu mükafatı qazanıb. L.Messi 1960-cı ildən bəri təqdim edilən mükafatı alan beşinci futbolçudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti