...

Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində dünya çempionatında mübarizəyə başlayıb

İdman Materials 27 Dekabr 2022 05:22 (UTC +04:00)
Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində dünya çempionatında mübarizəyə başlayıb

Bakı. Trend:

Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində dünya çempionatında mübarizəyə başlayıb.

Trend xəbər verir ki, turnirdə kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edir.

İlk gündə rapid növündə beş tur oynanılıb. Kişilərdən ibarət yığmanın lideri Məmmədyarov yarışa 3 qələbə, 2 heç-heçə ilə başlayıb. Durarbəyli 1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət, Süleymanlı 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Əsədli 4 qələbə, 1 heç-heçə, Muradlı 3 qələbə, 2 məğlubiyyət, Qədimbəyli və Məmmədov isə hərəyə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb.

Qadınların mübarizəsində Məmmədzadə 3 qələbə, 1 heç-heçə, Məmmədova, Fətəliyeva və hacızadə hərəyə 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Balacayeva 3 qələbə, 1 məğlubiyyət, Beydullayeva isə 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti