...

Kriştiano Ronaldo karyerasında 62-ci het-trikə imza atıb

İdman Materials 26 Fevral 2023 00:49 (UTC +04:00)
Kriştiano Ronaldo karyerasında 62-ci het-trikə imza atıb

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasında 62-ci het-trikə imza atıb.

Trend-in məlumatına görə, "Əl-Nəsr" futbol klubunun hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 18-ci turu matçında "Damak"ın qapısına üç qol vurub.

K.Ronaldo het-triklərin sayına görə dünyanın bütün hazırda oynayan futbolçular arasında liderdir. O, toplardan 52-ni klublarda çıxışı zamanı, 10-nu isə Portuqaliya millisində oynayarkən vurub. Siyahıda ikinci yerdə "Pari Sen-Jermen" və Argentina yığmasının hücumçusu Lionel Messi (56) qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti