...

İsveçli idmançı dirəklə tullanmada yeni dünya rekordu vurdu

İdman Materials 26 Fevral 2023 05:43 (UTC +04:00)
İsveçli idmançı dirəklə tullanmada yeni dünya rekordu vurdu

Bakı. Trend:

İsveçli yüngül atleti Arman Düplantis Fransada keçirilən turnirdə dirəklə tullanmada yeni dünya rekordu vurub.

Trend-in məlumatına görə, idmançı 6,22 metr nəticə göstərərək, ötən ilin yayında ABŞ-da keçirilən dünya çempionatında əldə etdiyi nailiyyəti 1 santimetr üstələyib.

23 yaşlı A.Düplantis Tokio Olimpiadasının qalibidir, o, həmçinin 2022 Dünya Çempionatının qızıl, 2019 Dünya Çempionatının gümüş, 2022 Dünya Qapalı Çempionatının qızıl, 2018 Avropa Çempionatının və 2021 Avropa Qapalı Birinciliyinin qalibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti