...

"Çelsi" UEFA Çempionlar Liqasında 1/4 finala yüksəlib

İdman Materials 8 Mart 2023 02:18 (UTC +04:00)
"Çelsi" UEFA Çempionlar Liqasında 1/4 finala yüksəlib

Bakı. Trend:

İngiltərənin "Çelsi" futbol klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda Almaniyanın "Borussiya" komandasına qalib gəlib.

Trend-in məlumatına görə, Londonda keçirilən oyunun 2:0 hesabı ilə başa çatıb. Hesabı Rahim Sterlinq (43-cü dəqiqə) açıb.

50-ci dəqiqədə "Çelsi"nin futbolçusu Kai Havertz penaltini vura bilməyib, lakin "Borussiya"nın oyunçuları zərbədən əvvəl meydançaya daxil olduqları üçün hakim penalti zərbəsinin təkrar yerinə yetirilməsini təyin edib. İkinci cəhddə K.Havertz penaltini dəqiq yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti