...

Bədii gimnastika ən gözəl idman növüdür - “Ocaq Sport” klubunun açıq birinciliyinin mükafatçısı

İdman Materials 4 Aprel 2023 16:08 (UTC +04:00)
Bədii gimnastika ən gözəl idman növüdür - “Ocaq Sport” klubunun açıq birinciliyinin mükafatçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika ən gözəl idman növüdür və çox şadam ki, bura aidəm.

Bu barədə çərşənbə axşamı Trend-ə “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyində balalar (2016-2017-ci il) yaş kateqoriyası üzrə ikinci yer tutmuş Nilay Şahbazova deyib.

"Ocaq Sport" klubunun predmetsiz hərəkətlər proqramında çıxış etmiş yetirməsinin sözlərinə görə, yarış onun üçün yaddaqalan hadisə olub.

"Bu, mənim ilk yarışım idi, çox gözəl keçdi, o qədər emosiya, təəssürat var ki. Xalçanın üzərinə çıxaraq öz proqramımı nümayiş etdirmək çox xoşuma gəldi. Həyəcan yox idi, təkcə turnirdə iştiraka görə ruh yüksəkliyi var idi", - o deyib.

Qeyd edək ki, 4-5 aprel tarixlərində Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçirilir.

Yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.

Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.
Yarışlar balalar (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti