...

Bakıda AGF Trophy Beynəlxalq turniri: 5 iplə qrup məşqləri üzrə finalçı komandalar

İdman Materials 14 Aprel 2023 17:58 (UTC +04:00)
Bakıda AGF Trophy Beynəlxalq turniri: 5 iplə qrup məşqləri üzrə finalçı komandalar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə AGF Trophy Beynəlxalq turnirinin birinci günü çərçivəsində gənclər qrup komandaları arasında finalçılar müəyyən edilib.

Trend bu barədə cümə günü xəbər verir.

Bu gün komandalar gənclər kateqoriyasında gimnastlar arasında qrup məşqləri üzrə 5 iplə proqram nümayiş etdiriblər.

Finala İsrail (29.400 bal), Azərbaycan (27.750 bal), Özbəkistan (26.950 bal), Macarıstan (25.750 bal), Litva (24.050 bal), Polşa (22.400 bal) və Monqolustan (17.350 bal) təmsilçiləri çıxıblar.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy Beynəlxalq turnirinin yarışları 14-16 aprel tarixlərində Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti