...

Güləş üzrə Azərbaycan millisi Avropa çempionu olub

İdman Materials 28 İyun 2023 23:16 (UTC +04:00)

Bakı. Trend:

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Trend xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millnin topladığı ən yüksək xaldır.

İlk üçlüyə həmçinin Gürcüstan (134) və Türkiyə (113) daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti