...

“Neftçi”nin Sankt-Peterburqdakı turnir üçün heyəti açıqlanıb

İdman Materials 29 İyun 2023 04:43 (UTC +04:00)
“Neftçi”nin Sankt-Peterburqdakı turnir üçün heyəti açıqlanıb

Bakı. Trend:

Bakının “Neftçi” futbol klubu yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub. Komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gecə çarter reysi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşəcək.

Trend kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi səfərə məşqçilər Vadar Nuriyev, İqor Getman və qapıçılar üzrə məşqçi Yusif Hüseynovun rəhbərliyi altında 23 futbolçu ilə gedəcək.

Heyətdə qapıçılar İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərov, müdafiəçilər Höccət Haqverdi, Solomon Kverkveliya, Azər Əliyev, Azər Salahlı, Ömər Buludov, Elton Əlibəyli, Samir Həsənov, Rüfət Abbasov, Hüseyn Babayev, yarımmüdafiəçilər Kenni Sayef, Eddi İsrafilov, Rəhman Hacıyev, İsmayıl Zülfüqarlı, Kilan Lebon, Ataa Caber, Fərid Yusifli, Ömər Qurbanov, hücumçular Mateus Saldanya, Yeqor Boqomolski, Ağadadaş Salyanski yer alacaqlar.

Flaqman iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək. “Neftçi” turnir çərçivəsində iyulun 1-də Rusiyanın “Zenit”, 8-də Serbiyanın “Srvena Zvezda”, ayın 15-də isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq, Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq.

Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın ikinci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti