...

Ruslan Lunyov yarımfinala vəsiqə qazandı - Avropa Oyunları (FOTO)

İdman Materials 30 İyun 2023 13:59 (UTC +04:00)
Ruslan Lunyov yarımfinala vəsiqə qazandı - Avropa Oyunları (FOTO)

Bakı. Trend:

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada yarımfinala yüksəlib.

Trend-in Avropa Oyunlarına ezam olunmuş əməkdaşının məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin 2-ci günündə 289 xal toplayaraq iki günün nəticələrinə əsasən, xallarını 581-ə çatdıran snayper yekunda 6-cı pilləni tutmağı bacarıb və həlledici raunda vəsiqəni təmin edib.

Qeyd edək ki, qadın atıcılar Ülviyə Eyvazova və Aydan Camalova da təsnifat mərhələsinin (trap) 2-ci günündə mübarizə aparır. Hələlik Camalova 16-cı, Eyvazova isə 27-ci sırada qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti