Bakı. Trend:
Yeni mövsümə Rusiyada hazırlaşan Bakının “Neftçi” klubu daha bir futbolçusu ilə vidalaşıb.
Trend xəbər verir ki, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya ilə yollar ayrılıb.
Otuz bir yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Solomon Kverkveliyanın Bakı təmsilçisi ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi.