...

Bakının “Neftçi” klubu növbəti transferini reallaşdırıb

İdman Materials 18 İyul 2023 20:05 (UTC +04:00)

Bakı. Trend:

Bakının “Neftçi” klubu növbəti transferini reallaşdırıb.

Trend xəbər verir ki, braziliyalı futbolçu Yuri Matiasla ikiillik müqavilə bağlanıb.

İyirmi səkkiz yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 44 nömrəli formanı geyinəcək.

Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022-ci illər mövsümündə “ÇFR Kluj”la Rumıniya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti