...

Basketbol üzrə millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

İdman Materials 23 İyul 2023 04:37 (UTC +04:00)
Basketbol üzrə millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin Gürcüstan yığmasına qarşı yarımfinal görüşü baş tutub.

Trend xəbər verir ki, U-16 qız yığmamız yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan yığmasına 74-72 hesabı ilə qalib gəlib.

Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 qız millimiz, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Andorra seçməsi olacaq.

Oyun iyulun 23-də Bakı vaxtı ilə saat 21:30 -da baş tutacaq və FIBA -nın rəsmi yutub hesabından canlı yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti