...

Konfrans Liqası: "Neftçi" ilk oyunda "Jelezniçar" ilə heç-heçə edib

İdman Materials 28 İyul 2023 01:24 (UTC +04:00)
Konfrans Liqası: "Neftçi" ilk oyunda "Jelezniçar" ilə heç-heçə edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Neftçi" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bosniya və Herseqovinanın "Jelezniçar" klubunun qonağı olub.

Trend xəbər verir ki, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Neftçi"nin heyətində qolu Rəhman Hacıyev (90+5), meydan sahiblərinin heyətində isə qolları Cenan Haraçiç (12), Aleksandar Kosoriç (42, avtoqol), Cozef Amoa (45+10) vurublar.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 3-ü Bosniya və Herseqovinada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti