...

“Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlandı - Yer dəyişdirildi

İdman Materials 4 Avqust 2023 14:10 (UTC +04:00)
“Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlandı - Yer dəyişdirildi

Bakı. Trend:

“Neftçi”nin Konfrans Liqasındakı növbəti oyunların vaxtı və yeri müəyyənləşib.

Trend-in məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Bakı klubunun “Beşiktaş”la avqustun 10-dakı ilk dueli Türkiyədə baş tutmalı olsa da, bu oyunun yeri dəyişdirilib. Həmin gün rəqiblərin görüşü “Bakcell Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

Cavab görüşü avqustun 17-də keçiriləcək. İstanbuldakı “Beşiktaş Park”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində “Jelezniçar”ı mübarizədən kənarlaşdırıb – 2:2, 2:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti