...

“Barselona”nın hücumçusu İspaniya çempionatları tarixində ən gənc qol vuran futbolçu olub

İdman Materials 9 Oktyabr 2023 04:52 (UTC +04:00)
“Barselona”nın hücumçusu İspaniya çempionatları tarixində ən gənc qol vuran futbolçu olub

Bakı. Trend:

"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya çempionatında qol vuran ən gənc futbolçu olub.

Trend-in məlumatına görə, hücumçu ölkə çempionatının IX turunun “Qranada” ilə səfər matçında birinci hissədə əsas vaxtın ilk dəqiqəsində fərqlənib. Futbolçu 16 yaş 87 günlüyündə qol vurub.

Bundan əvvəlki nailiyyət 2012-ci ilin avqustunda 16 yaş 98 günlük olarkən “Malaqa” komandasında “Selta Viqo”ya (1:0) qol vuran Fabris Olinqaya məxsus idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti