...

Rusiyalı futbolçu "Neftçi"yə "yox" dedi

İdman Materials 11 Oktyabr 2023 16:45 (UTC +04:00)
Rusiyalı futbolçu "Neftçi"yə "yox" dedi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın “Spartak” klubunun futbolçusu Leon Klassen karyerasını “Neftçi”də davam etdirmək istəməyib.

Trend Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 23 yaşlı müdafiəçini icarəyə götürmək üçün qarşı tərəfə müraciət etsə də, keçid baş tutmayıb.

Almanəsilli rusiyalı oyunçu Moskva təmsilçisində qalmağa üstünlük verib.

Qeyd edək ki, Leon Klassen bu mövsümə "Spartak"ın heyətində Rusiya Premyer Liqası və kubokunda 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2022-ci ilin yanvarından bu komandanın formasını geyinir. Klassenin Moskva klubu ilə 2025-ci ilin yayınadək müqaviləsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti