...

Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda üç bürünc medal qazanıblar

İdman Materials 3 Noyabr 2023 00:44 (UTC +04:00)
Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda üç bürünc medal qazanıblar

Bakı. Trend:

Rusiyanın Nefteyuqansk şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə Azərbaycanın iki idmançısı fəxri kürsüyə qalxıb.

Trend xəbər verir ki, Rəşid Babazadə (65 kiloqram) və Şamil Zubairov (97 kiloqram) üçüncü yeri tutub.

Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. Məhəmməd Şükürzadə (60 kiloqram) vətənə bürünc medalla qayıdıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti