...

Milli Gimnastika Arenasında Mingəçevirdən olan gənc idmançıların təlim-məşq toplanışı keçirilir (FOTO)

İdman Materials 28 Noyabr 2023 17:43 (UTC +04:00)
Milli Gimnastika Arenasında Mingəçevirdən olan gənc idmançıların təlim-məşq toplanışı keçirilir (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında Mingəçevirdə bədii gimnastika seksiyasının yetirmələri olan gənc idmançıların təlim-məşq toplanışı keçirilir.

Trend xəbər verir ki, toplanışlarda "Qədiroğlu" idman klubunun və "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin yetirmələri iştirak edir.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzinin bədii gimnastika üzrə məşqçisi Aygül Babaşovanın jurnalistlərlə söhbətində bildirdiyi kimi, Mingəçevirdən olan gimnastların təlim-məşq toplanışı bir həftə ərzində keçirilir.

"Toplanışlarda "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin bədii gimnastika seksiyasının 10 yetirməsi iştirak edir. Ən gənc gimnast 2017-ci il təvəllüdlü, ən böyüyü isə 2010-cu il təvəllüdlüdür. Toplanışların məqsədi gimnastların yerli, eləcə də, beynəlxalq yarışlara hazırlanmasıdır.

İnanıram ki, bu cür toplanışlar həm gimnastların idman hazırlığına, həm də məşqçilərin fəaliyyətinə müsbət təsir göstərəcək. Məşqlərdə predmetlərlə hərəkətin mürəkkəbliyi, idmançıların fiziki hazırlığına böyük diqqət yetirilir", - Aygül Babaşova deyib.

"Qədiroğlu" (Mingəçevir) idman klubunun bədii gimnastika üzrə məşqçisi Fidan Əhmədova yetirmələrinin Milli Gimnastika Arenasında keçirilən toplanışlarda ikinci dəfə iştirak etdiklərini qeyd edib.

"Qədiroğlu" idman klubu 2020-ci ildən fəaliyyət göstərir. Milli Gimnastika Arenasında təlim-məşq toplanışında beş yetirməmiz iştirak edir. Toplanışlar idmançıların yüksək səviyyədə hazırlanmasına imkan yaradır. İnanıram ki, bu məşqlər sayəsində onlar qarşıdakı yarışlarda yaxşı nəticələr göstərəcək. Azərbaycan Gimnastika Federasiyasına yaradılan şəraitə görə minnətdarlığımızı bildiririk", - deyə Fidan Əhmədova əlavə edib.

Qeyd edək ki, bölgələrdə gimnastikanın inkişafı çərçivəsində ölkənin müxtəlif guşələrindən olan idmançılar Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edirlər.

Xatırladaq ki, ötən həftə Milli Gimnastika Arenasında Gəncə, Masallı və Lənkəranın bədii gimnastika seksiyasının yetirmələri təlim-məşq toplanışında iştirak ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti