...

Almaniya futbolunun əfsanəsi vəfat edib

İdman Materials 8 Yanvar 2024 20:47 (UTC +04:00)
Almaniya futbolunun əfsanəsi vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya futbolunun əfsanəsi Frants Bekkenbauer 78 yaşında vəfat edib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Qeyd edilir ki, Bekkenbauer Almaniya millisinin üzvü kimi 1974-cü ildə dünya, 1972-ci ildə isə Avropa çempionu olub. Klub səviyyəsində o, 1964-1977-ci illərdə "Bayern Munich"də 400-dən çox oyun keçirib.

Bekkenbauer Almaniya millisinin tərkibində 1990-cı ildə dünya çempionu olub. O, iki dəfə “Qızıl top”un qalibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti