...

Paytaxtda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək

İdman Materials 16 Yanvar 2024 10:00 (UTC +04:00)
Paytaxtda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA tərəfindən Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.

Trend-in milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, tədbir fevralın 5-8-i aralığında baş tutacaq.

Beş moduldan ibarət olacaq kursun növbəti sessiyaları 4-7, 25-28 mart, 15-18 aprel və 6-10 may tarixlərində təşkil olunacaq.

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti