...

Tanınmış futbolçu 1 avro maaş alacaq

İdman Materials 20 Yanvar 2024 14:02 (UTC +04:00)
Tanınmış futbolçu 1 avro maaş alacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İvan Perişiçin "Hayduk"dakı maaşı məlum olub.

Trend xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi icarə əsasında "Tottenhem"dən Xorvatiya klubuna keçib.

"İndex" yazıb ki, İvan Perişiçin maaşı ayda 1 avro olacaq. Maraqlıdır ki, “Hayduk”un digər məşhur futbolçusu Nikola Kaliniç də eyni məbləği alır.

Qeyd edək ki, İvan Perişiç sağ dizinin ön çarpaz bağından zədələndiyi üçün bu mövsüm oynamayacaq. Yayda yarımmüdafiəçi azad agent kimi "Tottenhem"dən ayrılacaq və "Hayduk"la 1 illik müqavilə imzalayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti