...

Azərbaycanlı futbolçu Polşa klubunda

İdman Materials 20 Yanvar 2024 16:47 (UTC +04:00)
Azərbaycanlı futbolçu Polşa klubunda
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın LKS (Lodz) komandası Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun transferini açıqlayıb.

Trend xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

"Neftçi"nin yetirməsi olan oyunçu son olaraq “Qarabağ”ın formasını geyinib. Ağdam təmsilçisi ilə dörd dəfə Azərbaycan çempionu olan R.Məmmədov müxtəlif vaxtlarda “Səbail” və “Zirə”də də çıxış edib.

Premyer Liqada 110, yığmada isə 15 oyun keçirən müdafiəçi bu mövsüm “köhlən atlar”la 9 çempionat matçına çıxıb.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti