...

“Turan Tovuz” komanda yoldaşını vuran futbolçu ilə yollarını ayırdı

İdman Materials 6 Fevral 2024 20:49 (UTC +04:00)
“Turan Tovuz” komanda yoldaşını vuran futbolçu ilə yollarını ayırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Turan Tovuz" klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün 4 oyunluq diskvalifikasiya etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti