Bakı. Trend:
Əldə olunan nailiyyətlərə və ümumiyyətlə idmanın inkişafına göstərdikləri xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Mariana Vasileva Bakıda keçirilən Batut gimnastikası və tamblinq üzrə dünya kubokunun açılış mərasimində deyib.
M.Vasileva , Bakı artıq 7-ci dəfədir ki, Batut gimnastikası və tamblinq üzrə dünya kubokuna ev sahibliyi edir.
"Batut gimnastikası və tamblinq üzrə idmançılarımız son illər ərzində bir çox uğurlar əldə etmişlər. Nə xoş ki, bu il batut üzrə kişilər arasında yarışlarda da artıq ölkəmizi milli idmançılarımız təmsil edəcək. Əldə olunan nailiyyətlərə və ümumiyyətlə idmanın inkişafına göstərdikləri xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Bu dünya kubokunda dünyanın 32 ölkəsindən olan gimnastlar qalibiyyət üçün mübarizə aparacaq. Yarış həm də Paris-2024 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır", - deyə nazir müavini əlavə edib.
Mariana Vasileva Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi adından bütün iştirakçılara uğurlar arzu edib.