Bakı. Trend:
AFFA təqaüdü alacaq veteranlar müəyyənləşib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı qurumun İcraiyyə Komitəsi verib.
Qurumun bugünkü yığıncağında altı veterana təqaüd kəsilib. Müvafiq müraciətə əsasən, İsmayıl Əliyev, Esmiralda Ələkbərova (həkim), Gəray Qarayev, İqor Ponomaryov, Vaqif Sadıqov və Maşallah Əhmədova AFFA-nın təqaüdü veriləcək.