Bakı. Trend:
İspaniya çempionatında hakim qola 1 saniyə qalmış final fitini çalaraq, "Valensiya" ilə matçda "Real Madrid"i qələbədən məhrum edib.
Trend-in məlumatına görə, ikinci hissəyə əlavə olunmuş vaxtda "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem topu tora göndərsə də, ondan 1 saniyə əvvəl baş hakim Xesus Gil Manzano final fitini səsləndirib. Beləliklə, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Hakimin qərarı paytaxt təmsilçisinin futbolçularının hiddətinə səbəb olub. Bellinqem mübahisəyə görə qırmızı vərəqə alıb.