...

Azərbaycan gimnastı İvan Tixonov fərdi çoxnövçülükdə qızıl medal qazanıb (FOTO)

İdman Materials 16 Mart 2024 20:09 (UTC +04:00)
Azərbaycan gimnastı İvan Tixonov fərdi çoxnövçülükdə qızıl medal qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Martın 16-da Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “AGF Trophy” Beynəlxalq turnirinin qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Trend xəbər verir ki, gimnastların iki turnirin təsnifat mərhələsində çıxışlarının nəticələrinə əsasən çoxnövçülük və komanda yarışında qalib və mükafatçılar müəyyən edilib.

"Yeniyetmələr" yaş kateqoriyasında fərdi çoxnövçülükdə Andria Kelekxsaşvili (Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, İlham Salayev (Azərbaycan) ikinci, Hüseyn Qəhrəmanov (Azərbaycan) üçüncü yerə çıxıb.

Qızlar arasında "yeniyetmələr" yaş kateqoriyasında fərdi çoxnövçülükdə qızıl medalı Ulyana Puxova (Qazaxıstan), Leyla Məmmədzadə (Azərbaycan) gümüş, Albina Əliyeva (Azərbaycan) isə bürünc medal qazanıb.

"Yeniyetmələr" yaş kateqoriyası üzrə komanda yarışında Azərbaycan komandası birinci yeri tutub.

Qızlar arasında "yeniyetmələr" yaş kateqoriyası üzrə komanda yarışında Qazaxıstan komandası birinci, Azərbaycan komandası ikinci yeri tutmuşdur.

“Yeniyetmələr” yaş kateqoriyasında fərdi çoxnövçülükdə Sərvər Əbülfəizov (Özbəkistan) birinci, Yuri Emelyanov (Ukrayna) ikinci, Aydın Əlizadə (Azərbaycan) üçüncü yeri tutub.

Qızlar arasında "yeniyetmələr" yaş kateqoriyasında fərdi çoxnövçülükdə Kristina Qrudetska (Ukrayna) qızıl, Mədinə Kapbassova (Qazaxıstan) gümüş, Xədicə Abbaszadə (Azərbaycan) isə bürünc medala sahib olublar.

Kişilər arasında “böyüklər” yaş kateqoriyasında fərdi çoxnövçülükdə İvan Tixonov (Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Vladislav Xriko (Ukrayna) ikinci, Rəsul Əhmədzadə (Azərbaycan) üçüncü yerə çıxıb.

Qadınlar arasında "böyüklər" yaş kateqoriyasında fərdi çoxnövçülükdə qızıl medala Lobar Amrillayeva (Özbəkistan), Nazənin Teymurova (Azərbaycan) gümüş, Əminə Halimarden (Qazaxıstan) isə bürünc medala layiq görülüb.

Kişilər arasında “böyüklər/gənclər” yaş kateqoriyası üzrə komanda yarışında Ukrayna komandası birinci, Azərbaycan komandası isə ikinci yeri tutub.

Qadınlar arasında “gənclər” yaş kateqoriyası üzrə komanda yarışında Ukraynanı təmsil edən komanda lider, Azərbaycan komandası ikinci yeri tutub.

Qalib və mükafatçılara mükafatları idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakimlər - Rza Əliyev, Anjella Abdullayeva, Sevgi Sarı, Ketevan Bolkvadze, Oksana Sliusarçuk, Oksana Kiosya, Azərbaycan Gimnastika Federasiyasının (AGF) menecerləri Fuad Abbasov, Namiq Bədirxanov, Nigar Quliyeva, Elmira Lalayeva təqdim ediblər.

Martın 15-dən 17-dək Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri keçirilir. Yarışda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstanı təmsil edən 90-a yaxın idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti