...

Ersen Martin VƏFAT ETDİ

İdman Materials 20 Mart 2024 03:14 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə futbol millisinin sabiq üzvü Ersen Martin vəfat edib.

Trend-in məlumatına görə, sabiq futbolçu aorta yırtıldığı ilə bağlı uzun müddət reanimasiyada müalicə alıb və sonradan xəstəliklə mübarizə aparırdı.

Məlumata əsasən, 1979-cu ildə Almaniyada anadan olan Ersen Martin futbol karyerasını Nürnberqdə başlayıb. E.Martin Türkiyənin “Beşiktaş”, “Siirtspor”, “Göztəpə”, “Dənizlispor”, “Ankaraspor”, “Trabzonspor”, “Sivasspor”, “Manisaspor”, “Kasımpaşa”, “Gənclərbirliyi” və “Eyüpspor” klublarında da çıxış edib.

Qısa müddət ərzində İspaniyanın "Recreativo Huelva" komandasında da çıxış edən Ersen Martin 4 dəfə Türkiyə millisində çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti