...

Bədii gimnastika üzrə Azərbaycan çempionatında gözəl ab-hava hökm sürür – gənc idmançı

İdman Materials 21 Mart 2024 20:26 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan çempionatında gözəl ab-hava hökm sürür – gənc idmançı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatında gözəl ab-hava hökm sürür.

Bu barədə Trend-ə yarış iştirakçısı, Ocaq İdman klubunun tələbəsi Şəms Ağagüseinova deyib.

"Yarışmada mənə dəstək olmaq üçün anam və bacım gəldi. Bu gün mən halqa və lentlə hərəkətlər nümayiş etdirdim. Mən halqa ilə hərəkəti dəqiq etmədim, amma lentlə kompozisiya çox yaxşı alındı. Bu mövsüm mənim halqa ilə yeni proqramım var və 29-cu Azərbaycan çempionatı bu hərəkəti təqdim etdiyim ilk yarışdır. Ona görə də narahat oldum və bəzi səhvlərə yol verdim. Proqram Harri Potter filmindəki musiqiyə ilə hazırlanıb, bu hərəkəti çox bəyənirəm və ümid edirəm ki, növbəti yarışlarda onu səhvsiz yerinə yetirəcəyəm", - deyə o qeyd edib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatının yarışları keçirilir.

Yarışlarda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri iştirak edir.

Bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatında 2011-ci il təvəllüdlü yeniyetmələr, 2009-2010-ci il təvəllüdlü gənclər və 2008-ci il və daha böyük təvəllüdlü idmançılar fərdi proqramda qüvvələrini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti