...

AVRO-2024: Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb

İdman Materials 26 Mart 2024 23:55 (UTC +04:00)
AVRO-2024: Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanan son üç iştirakçıdan biri məlum olub.

Trend-in məlumatına görə, pley-off mərhələsində Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan gürcülər tarixində Avropa çempionatına vəsiqə qazanıb - 4:2.

Qeyd edək ki, Uels - Polşa və Ukrayna - İslandiya oyunlarından sonra Avropa çempionatına vəsiqə qazanan son yığmaların adlarına aydınlıq gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti