Bakı. Trend:
Premyer Liqada 28-ci tur davam edir.
Trend xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. Əvvəlcə "Səbail" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.
"Sabah" isə evdə "Zirə" ilə qarşılaşacaq. Bu görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün "Qarabağ" "Kəpəz"i məğlub edərək sonra 8 tur qalmış çempionluğu rəsmiləşdirib.
30 mart (şənbə)
16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid
Hacıyev
“ASCO Arena”
19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf
Allahverdiyev
“Bank Respublika Arena”
31 mart
18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli
Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
