...

İlk matçda “Qarabağ” "Neftçi"ni darmadağın edib

İdman Materials 2 Aprel 2024 22:05 (UTC +04:00)
İlk matçda “Qarabağ” "Neftçi"ni darmadağın edib

Bakı. Trend:

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində baş tutacaq günün yeganə matçı Bakıda təşkil olunub.

Ölkənin iki ən titullu klubu “Neftçi Arena”da qarşılaşıb. Titul həsrətində olan “Neftçi” artıq çempionluğu təmin edən “Qarabağ”a böyük hesabla uduzub. Ağdam klubu rəqib qapısından 4 cavabsız top keçirib. Bu qələbə Qurban Qurbanovu yetirmələrini, demək olar ki, finala yüksəldib.

Qeyd edək ki, ilk oyunlara sabah baş tutacaq “Zirə” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti