...

Çerçesova Azərbaycan millisinin baş məşqçisi postu təklif olunacaq - KİV

İdman Materials 3 Aprel 2024 13:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyalı mütəxəssis Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçisi postu təklif olunacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, yaxın zamanda 60 yaşlı mütəxəssisə Azərbaycan millisinə rəhbərlik etmək təklif olunacaq. Hal-hazırda Çerçesov bununla bağlı rəsmi təklif almayıb.

Qeyd edək ki, Stanislav Çerçesov 2023-cü ilin iyul ayında 2021-ci ildən baş məşqçisi olduğu Macarıstanın "Ferentsvaroş" klubundan ayrıldıqdan sonra işsizdir. Ondan əvvəl isə mütəxəssis 2016-2021-ci illərdə Rusiya millisinin baş məşqçisi olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti