...

Bakıda Dünya kuboku start götürür

İdman Materials 19 Aprel 2024 10:42 (UTC +04:00)
Bakıda Dünya kuboku start götürür

Bakı. Trend:

Bu gün Bakıda bədii gimnastika üzrə ilk beynəlxalq səviyyəli yarış start götürəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək Dünya kuboku 3 gün davam edəcək.

Yarışda 41 ölkəni təmsil edən 116 gimnast mübarizəyə qoşulacaq.

Gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq.

Xəbər lenti

Xəbər lenti