...

Bellingem İngiltərəyə 3 xal qazandırıb

İdman Materials 17 İyun 2024 00:59 (UTC +04:00)
Bellingem İngiltərəyə 3 xal qazandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada keçirilən AVRO-2024 davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, çempionatın üçüncü günü Helzenkirhendə yekunlaşıb.

Günün son matçında C qrupunun komandaları üz-üzə gəlib. Favoritlərdən olan İngiltərənin Serbiya ilə oyununun taleyini 1 qol həll edib. Cud Bellingem 13-cü dəqiqədə qələbə topunun müəllifi olub.

Qeyd edək ki, C qrupunun digər görüşündə Sloveniya ilə Danimarka heç-heçə oynayıb.

AVRO-2024
Qrup mərhələsi, I tur
16 iyun, C qrupu
23:00. Serbiya – İngiltərə - 0:1
Qol:
Cud Bellingem, 13
Baş hakim: Daniele Orsato (İtaliya)
Helzenkirhen. “Aufşalke Arena”

Xəbər lenti

Xəbər lenti