...

“Sumqayıt”ın rəqibindən növbəti qələbə

İdman Materials 5 İyul 2024 19:03 (UTC +04:00)

Bakı. Trend:

“Sumqayıt”ın Konfrans Liqasında rəqibi “Fehervar” yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, onlar Macarıstanın 2-ci liqa təmsilçisi “Ayka” ilə qarşılaşıblar.

Matç “Sumqayıt”ın rəqibinin 3:2 hesabı ilə qələbəsiylə yekunlaşıb. Bu, Tomaş Petonun komandasının ikinci hazırlıq matçı olub. Onlar daha əvvəl Macarıstanın aşağı liqa təmsilçisi “Babolna”ya 9:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti