...

Slovakiyalı hakimlər Bakıya gəlir

İdman Materials 18 İyul 2024 15:25 (UTC +04:00)

Bakı. Trend:

“Sabah”ın Konfrans Liqasındakı ev oyununun hakimləri açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Hayfa “Makkabi”si ilə cavab görüşünü Slovakiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Bakıdakı matçın baş hakimi Peter Kraloviç olacaq. Ona Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Boris Marhefka yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-də “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti