...

Paris-2024: Elcan Hacıyev çiynindən və dizindən əməliyyat olunacaq

İdman Materials 15 Avqust 2024 13:46 (UTC +04:00)
Paris-2024: Elcan Hacıyev çiynindən və dizindən əməliyyat olunacaq

Bakı. Trend:

Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyevin (90 kq) son durumuna aydınlıq gəlib.

Trend xəbər verir ki, bu barədə Trend-ə idmançının özü məlumat verib.

Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnən cüdoçu bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Çiynimdən və dizimdən əməliyyat olunacam. Avqustun 21-də Almaniyadan həkim gələcək və 3 gün sonra müayinələrə başlanılacaq. Çiynim çox pis çıxıb və buna görə onu yerinə salmaq mümkün deyil. Müalicəsi isə olduqca risklidir. Son 1-2 ildə dizimin də çarpaz bağı zədəlidir. Bütün zədələrdən qurtulmaq istəyirəm. Ona görə də bunu birdəfəlik həll etmək qərarına gəldik. Əməliyyatdan sonra 3-4 ay məşq etmək olmaz”.

Qeyd edək ki, Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında Maksim-Qael Nqayapa Qamba ilə görüşünün sonlarında xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti