Bakı. Trend:
Azərbaycan yığması UEFA Millətlər Liqasında ikinci oyununa çıxıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, millimiz səfərdə Slovakiyanın qonağı olub.
İlk görüşdə İsveçə uduzan futbolçularımız Koşitsə də uğurlu nəticə qazana bilməyiblər. Fasiləyə kimi iki dəfə fərqlənən meydan sahibləri üstünlüyü sonadək qoruyublar. Millimiz portuqaliyalı mütəxəssis Fernandu Santuşun rəhbərliyi ilə ardıcıl ikinci oyunda uduzub.
Oyunda qolları Ondrey Duda (22`) (pen.) və David Streleç (25`) vurublar.