...

“Səbail” 4 turdan sonra sevinib, Masazırda qollu sülh

İdman Materials 5 Oktyabr 2024 22:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında IX tur davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, turun ikinci gününün oyunları Bakıda keçirilib.

Aşağı pillələrdən qurtulmaq üçün mübarizə aparan “Səbail” “Şamaxı”nı sınağa çəkib. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Onlar 4 oyunluq məğlubiyyət seriyasına son veriblər. Şamaxılılar isə 5 görüşdən sonra meydanı xalsız tərk edib.

“Sabah” isə dövrənin sürprizi “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşma erkən qollarla yadda qalıb. 5-ci dəqiqədə hesabı ev sahibləri açıblar. Amma cəmi 3 dəqiqə sonra qonaqlar bərabərlik qolunu vurublar. Bundan sonra tablodakı rəqəmlər dəyişməyib.

Qeyd edək ki, I dövrənin sonuncu tutuna sabah yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti